CƏMİYYƏT


Quba-Xaçmaz yolunda baş verən qəza nəticəsində iki nəfər xəsarət alıb

Qubada “KamAZ” və “QAZ 53” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Əks istiqamətdə hərəkətdə olan avtomobillərdən birinin qarşısına xırdabuynuzlu heyvanların çıxması nəticəsində baş verən qəzada nəqliyyat vasitələrinin sürücüləri Balasultan Qədməliyev və Etibar Məmmədov xəsarət alıblar. Yaralılar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.