CƏMİYYƏT


Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Azərbaycan Respublikasında 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.