CƏMİYYƏT


Məşhur oteldə karantin qaydalarını pozanlar saxlanıldı

Bakının məşhur hotellərindən birində karantin rejiminin qaydalarına zidd olaraq hovuz müştərilər üçün açıq olub.
Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılıb.
AZƏRTAC-ın məlumatına görə, polis oteldə karantin qaydaları pozulmasına görə, həmin şəxsləri saxlayıb.
Karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır