CƏMİYYƏT


Rövşən Rzayev: İstənilən vəziyyətdə ədalətli və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir

“Yüksəliş” müsabiqəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi istiqamətində işini davam etdirir. Hazırda əyani mərhələnin videomüsahibə turunu uğurla keçmiş 940 iştirakçının hər biri növbəti mərhələlər üçün potensial namizəd sayılır. Təbii ki, qalib olmaq istəyən iştirakçı müsabiqənin İşçi Qrupu tərəfindən müəyyənləşdirilmiş kompetensiyalara malik olmalıdır. Çünki bu bacarıqlar qaliblərə həm də müsabiqədə yer alan idarəçi rəhbərlərlə birbaşa işləmək şansı yaradır.
İndiyədək “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər bir araya gəlib. Bu dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev uğurlu idarəçiliklə bağlı tövsiyələrini bölüşüb.