CƏMİYYƏT


Bayram günlərində qurbanlıq qoyunları onlayn almaq tövsiyə olunur

Bu il müqəddəs Qurban bayramı koronavirus pandemiyasına təsadüf edir. Bayramla əlaqədar qurbanlıq qoyun almaq üçün bir yerə toplanması və ət kəsimi məntəqələrində yaşanılacaq sıxlıq pandemiya qaydalarına ziddir. Bu fikirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın Baş Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev deyib. Bildirib ki, son illər respublikada belə bir təcrübə formalaşıb ki, vətəndaşlar iri marketlər şəbəkəsinə və yaxud heyvan kəsimi müəssisələrinə əvvəlcədən sifariş edirlər, müəyyən olunmuş vaxtda da qurbanlıq heyvanların ətlərini təhvil götürürlər. Biz tövsiyyə edirik ki, bu il bu üsul daha geniş tətbiq olunsun. Bu imkan verəcək ki, vətəndaşların bir yerə toplanması, sosial məsafənin gözlənilməsi təmin edilsin.