CƏMİYYƏT


Göygöldə 3 kafe və restoranda müştərilərə yerində xidmət göstərildiyi müəyyən edildi

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb ki, RPŞ-nin əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb.