CƏMİYYƏT


Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərəçəkənləri qorxudub pul tələb edən şəxs saxlanılıb.
İdarədən verilən məlumata görə, zərərçəkənlərdən Baş İdarəyə daxil olan çoxsaylı müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində hədə-qorxu və ilə tələb etməkdə və dələduzluq əməlində şübhəli Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub. Araşdırma zamanı onun ümumilikdə 5 vətəndaşı hədələyərək onlardan ümumilikdə 2000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.