CƏMİYYƏT


Bu tarixlərdə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar 25, 26 iyul və 1, 2 avqust tarixlərində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır