CƏMİYYƏT


Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycan sərhədində təxribatı barədə veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və dünya ölkələri haqqında “YouTube” üzərindən məlumatlar yayan kanalda bu dəfə Ermənistanın bu günlərdə Azərbaycanın Tovuz rayonunda artilleriya qurğularndan və digər ağır silahlardan istifadə etməklə yaratdığı təxribat barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, həmin hücum nəticəsində hər iki tərəfdən 10-dan çox hərbçi və Azərbaycan tərəfdən bir mülki vətəndaş həlak olub.