CƏMİYYƏT


Abşeron Suvarma kanalına çirkab sular axıdan sürücü saxlanılaraq cərimə edilib

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron Suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb. Məlumat dərhal Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb. Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, qeyd edilən çirkab sular kanala “ZİL MMZ” markalı 99 SR 115 dövlət qeydiyyat nişanlı, Sabunçurayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb. Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib.