CƏMİYYƏT


İctimai qaydanın pozulmasına yol verən daha bir qrup şəxs barəsində həbs qətimkan tədbiri seçilib

İyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilib. Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.