CƏMİYYƏT


Tovuzda düşmən atəşi nəticəsində dağılan ev və digər obyektlərin müəyyənləşdirilməsi başa çatıb

Ermənistan ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iri çaplı silahlardan və ağır artilleriya qurğularından açdığı atəş nəticəsində dağılan və yararsız hala düşən evlər, həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin imzaladığı Sərəncamın icrası istiqamətində aidiyyəti nazirliklər işçi qrupu yaradıb. AZƏRTAC xəbər verir ki, az bir müddətdə düşmən təxribatı nəticəsində zərər görmüş rayonun 6 kəndində - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlüdə olan işçi qrupun ekspert və mütəxəssisləri 61 evə baxış keçirib və qiymətləndirmə aparıb.