CƏMİYYƏT


Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün bu həftəsonu 4 gün iş olmayacaq. 31 iyul və 1 avqustda ölkədə Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü iş günü olacaq.