CƏMİYYƏT


24 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib. Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəsimi rayon sakini, əvvəllər məhkum olunmuş Əhməd Ələkbərov saxlanılıb.