CƏMİYYƏT


"ASAN kommunal"ın onlayın ödənişlə bağlı videotəlimatı jest dilinə tərcümə edilib

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Jest dilində məlumatlandırma" layihəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti məlumatlandırma layihəsi "ASAN kommunal"da ödənişlərin onlayın qaydada ödənməsi üçün videotəlimatın jest dilində tərcüməsinə həsr olunub.