CƏMİYYƏT


Abşeron rayonunda karantin qaydalarına əməl etməyən 380 nəfər barəsində protokol tərtib olunub

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində yollarda, fəaliyyətinə icazə verilən obyektlərdə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayon üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunub.