CƏMİYYƏT


Türkanda istixanada narkotik tərkibli bitkilər becərən şəxs saxlanıldı

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əasasən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Türkan qəsəbəsi sakini Yavər Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ona məxsus qəsəbə ərazisindəki evin həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda 725 ədəd çətənə kolu, yaşadığı evdən isə 8 kisə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.