CƏMİYYƏT


Bakıda 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.