CƏMİYYƏT


“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olundu

Dünəndən etibarən “DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olunub və bir gündə rekord sayda - 1718 nəfər mərkəzlərə müraciət edib. Bu gün də səhər saatlarından vətəndaşların qəbulu davam edir. “DOST” mərkəzlərinə müraciət edən vətəndaşlar mütləq maska taxmalıdır. İçəri daxil olmazdan öncə onların hərarəti ölçülür, əlləri dezinfeksiya olunduqdan mərkəzə daxil olaraq müvafiq xidmətlərdən yararlana bilərlər. Xatırladaq ki, hazırda Bakı şəhərində 3 “DOST” məkəzi fəaliyyət göstərir. Bu mərkəzlər paytaxtın Yasamal, Səbail, Qaradağ, Nizami, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarından qeydiyyatda olan əhaliyə xidmət göstərir.