CƏMİYYƏT


Qubada avtomobil qaçıran şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakini Sərxan Məmmədov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qaçırdığı nəqliyyat vasitəsilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.