CƏMİYYƏT


İmişlidə dələduz qadın saxlanılıb

İmişli rayon polis şöbəsinə sakinlər tərəfindən aldadılmaları ilə bağlı məlumat verilib. Daxil olan məlumat əsasında keçirilən əməliyat axtarışları zamanı İmişli rayon sakini Sevda Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən istintaq tədbirləri zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda etdiyi dələduzluq əməlləri də üzə çıxıb. Belə ki, həmin şəxs etibardan sui-istifadə edərək 2019-cu ildə Sarızadə Şəmayil Qara qızına yalan vəd verərək onun 2000 manat pulunu ələ keçirib. Həmçinin Sevda Quliyeva İmişli rayon sakini Xanmədova Züleyxa adlı şəxsi də müxtəlif bəhanə ilə aldadaraq 9000 manat dəyərində 108 qram çəkidə qızıl zinət əşyaları əldə edərək dələduzluq edib. Bundan başqa Sevda Quliyeva rayon sakini Şahin Əhmədovu aldadaraq ona avtomobil satmaq adı ilə ziyan vurub. Həmçinin eyni əməllə Sevda Quliyeva rayon sakini Zəkəray Cəfərovuda aldadıb. Bundan başqa adı çəkilən şəxs saxta ABŞ dollarından istifadə edərək qızıl zinət satıcısı olan Ağacanov Tofiqi qarşı dələduzluq edib.