CƏMİYYƏT


Xaçmazda 15 kəndin sakinlərinin istifadə etdiyi körpü yerli sahibkarların dəstəyi ilə yenidən tikilib

Xaçmaz rayonunun Dədəli kəndində Qusarçay çayı üzərində inşa olunan avtomobil körpüsü sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dədəli və Uzunoba kəndləri arasındakı tikilən körpünün eni 4, uzunluğu isə 9 metrdir. Körpünün 16 tona qədər yük götürmə qabiliyyəti var.
2009-cu ildə çaya gələn sel nəticəsində dağılan körpünün yenilənməsinə cari ilin aprel ayında başlanılıb və 3 ay ərzində başa çatdırılıb. Yeni körpüdən ümumilikdə ətraf 15 kənddə yaşayan 7 mindən çox sakin faydalanır.