CƏMİYYƏT


Kirayə qaldığı evlərdən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub.
Araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən məzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb. Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub. Məhəmməd Abdullayev barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.