CƏMİYYƏT


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxsi saxlayıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarınını həyata keçirdikləri əməliyyat zamanı Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan bir ədəd mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Polisin keçirdiyi əməliyyat zamanı bu cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır