CƏMİYYƏT


Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb

Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən rədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır