CƏMİYYƏT


Gömrükçülər 200 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada istifadə etməklə daşınması, bu kimi transmilli cinayətlərin törədilməsində iştirak edən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilməsi, onların müxtəlif ölkələrdə fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstələrin digər üzvləri ilə əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılan intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Dövlət Gömrük Komitəsi tərəfindən cinayətkarlıqla mübarizə məqsədi ilə bu kimi transmilli cinayətlər və onların istintaqı zamanı aşkar edilən əhəmiyyətli hallar barədə mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır