CƏMİYYƏT


Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Belə ki, bu gün ərzində Nazirliyin qüvvələri tərəfindən helikopterin tətbiqi ilə Fəthiyə istiqamətində 5-7 hektar ərazidəki yanğın söndürülüb. Digər istiqamətlərdə yanğınların söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir.
Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti hazırda Marmaris bölgəsindədir. E.Mirzəyev yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Daha sonra Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, atılacaq növbəti addımlar müzakirə olunub