CƏMİYYƏT


FHN-in qüvvələri Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi məqsədilə ərazidə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınla mübarizə tədbirlərini həyata keçirirlər.