İQTİSADİYYAT


Neftçalalı pambıqçılar bu il ölkə üzrə birinci olmaq əzmindədirlər

Ölkəmizdə pambıqçılığa göstərilən dövlət dəstəyi nəticəsində bu sahəyə maraq hər il daha da çoxalır. Bu, bütün pambıqçılıq rayonlarında olduğu kimi, Neftçala da özünü göstərməkdədir. Neftçalalı pambıqçılar bu il ölkə üzrə birinci olmaq əzmindədirlər.
AZƏRTAC xəbər verir ki, ötən il Neftçala rayonunda pambıq mövsümü uğurlu olub. Belə ki, rayon üzrə ümumilikdə 5972 hektar sahədən 23 min 41 ton “ağ qızıl” yığılıb. Bu göstərici 21 pambıqçılıq rayonu arasında Neftçalanı ikinci sırada qərarlaşdırmışdı. Bu il də Neftçalada pambıq sahələrində vəziyyət ürəkaçandır. Çiyid səpinini optimal müddətdə aparan fermerlər bu işləri vaxtından əvvəl başa çatdırıblar. Rayonda fəaliyyət göstərən 3 şirkət 1386 istehsalçı ilə müqavilə bağlayıb. Fermerlər bu mövsüm Neftçala rayonunun pambıqçılıq üzrə birinci yerdə olması üçün var gücü ilə çalışırlar.