ELM VƏ TƏHSİL


“Twitter”in uğurlarında payı olan azərbaycanlı gənc

Azərbaycandan kənarda çalışıb ölkəmiz adına uğur qazanan həmvətənlərimiz daim diqqət mərkəzində olub. Belə gənclərdən biri də hazırda karyerasını dünyada populyar olan “Twitter” şəbəkəsində davam etdirən Tural Bədirxanlıdır. Amerika Birləşmiş Ştatlarında Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə “Namo Media” interaktiv reklam proqramını yaradıb və onu çox yüksək məbləğ müqabilində “Twitter”ə satmaqla özündən söz etdirməyi bacarıb.