İDMAN


Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının qalibləri müəyyənləşib

Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən IX Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının qalibləri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi, iki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib.