Azərbaycanlı proqramçı beynəlxalq müsabiqədə qızıl medal qazanıb
06.06.2016 [16:47]
Ruminiyanın Buxarest şəhərində keçirilən 14-cü ”International Computer Project Olympiada-2016” InfoMatrix beynəlxalq layihə müsabiqəsində Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi İlkin Musayev, elmi rəhbəri Aygün Əzizova ilə birlikdə müsabiqədə “Proqramlaşdırma” kateqoriyasında qızıl medal qazanıb.