SİYASƏT


25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçən Azərbaycan qadını

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin sosial və siyasi inkişafı, bütün sahələrdə gender bərabərliyinin təmin olunması Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradıb.