ELM VƏ TƏHSİL


Çində ilk dəfə Azərbaycan dilinin tədrisinə başlanılıb

Çində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinə başlanılıb. Bu semestrdən başlayaraq 76 dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili üzrə mütəxəssislər hazırlanacaq. Bu münasibətlə universitetdə keçirilən tədbirdə qeyd olunub ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin bir neçə il əvvəl qədim İpək yolu üzərində yerləşən ölkələr ilə əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsini nəzərdə tutan “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürüb.