İQTİSADİYYAT


Siyəzənin Eynibulaq və Sədan kəndlərinin 2 mindən çox sakininin içməli su problemi həll olunur

Mənim altmışa yaxın yaşım var. Hələ uşaqlıq vaxtımda burada 50-60 ev vardı. İndi isə kəndimizdə evlərin sayı 170-i, əhali isə min nəfəri keçib. Biz hər ay suya görə 30-35 manat, yay aylarında isə hətta 70 manat ödəməli olurduq. Kəndimizdə cəmi iki kiçik bulaq var ki, son illərdə quraqlıq səbəbindən həmin bulaqların da suyu demək olar quruyub. Bizim kəndə dövlət tərəfindən suyun çəkilməsi sakinlərimizin böyük sevincinə səbəb olub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Siyəzən rayonunun Eynibulaq kəndinin sakini İlqar Məmmədov söyləyib.