MÜSAHİBƏ


Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır

Şuşa ətrafında seysmoloji stansiyanın quraşdırılması üçün müəyyən işlər bitib. Yalnız abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. Stansiya bizə Türkiyənin AFAD qurumu tərəfindən hədiyyə olunub. O, quyudibi stansiya olacaq. Azərbaycanda 100 metr dərinlikdə quraşdırılacaq dördüncü stansiya olacaq.
AZƏRTAC xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.