İQTİSADİYYAT


Qaradağ rayonunda təmirə ehtiyacı olan 16 kilometrlik yol yenidən qurulur

Qaradağ rayonu Qobustan, Lökbatan, Qızıldaş, Müşfiqabad, Ümid və Sanqaçal qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 16 kilometr uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.