İQTİSADİYYAT


Təkrar qarğıdalı əkinləri fermerlərin gəlirlərini artıracaq

Bölgələrdə taxıl biçinin başa çatıb. Fermerlər torpaqdan daha səmərəli istifadə etmək üçün payızlıq əkinlərə qədər öz sahələrində təkrar qarğıdalı əkini aparırlar. Bir il ərzində sahələrdə taxıl və qarğıdalının növbəli əkilməsi torpağın strukturunu yaxşılaşdırmaqla yanaşı, fermerlərin gəlirlərini də ikiqat artırmış olur.AZƏRTAC xəbər verir ki, təkrar qarğıdalı əkini bu bitkinin əkilməsi üçün münasib olan və suvarılan ərazilərdə aparılır. Bu il Göyçay rayonunda da 250 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb.