DÜNYA


Türkiyənin Adana vilayətində baş verən yanğın ağır fəsadlara səbəb olub

Adananın Kozan rayonunda meşəlik ərazidə baş verən yanğın səbəbilə altı kəndin əhalisi təxliyə edilib. Ərazidə əsən güclü küləyin təsirindən yanğın qısa zaman ərzində ətraf bölgələrə yayılıb. Hadisə yerinə iki xüsusi təyyarə, 4 helikopter, 30 yanğınsöndürmə maşını, 15 su tankeri və çox sayda canlı qüvvə cəlb olunub.