İQTİSADİYYAT


Sulutəpə dairəsində yeni tikilən yol qovğaşı tıxacın qarşısını alacaq

Sulutəpə dairəsi üzərində istər Şamaxı istiqamətində istərsədə Bakıya gedən nəqliyyat vasitələrinin tıxacsız hərəkətini təmin etmək məqsədi ilə yeni yol ötürücüsü inşa olunur. Günün pik saatlarında tıxac yaranırdı. Bu səbəbdən avtomobillərin maneəsiz hərəkətinin təmin edilməsi üçün yol ötürücüsünün çox böyük önəmi var. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.