İQTİSADİYYAT


Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır- toxumluq yonca istehsalına zərurət yaranıb

Bölgələrdə yonca əkini sahələri ilbəil genişləndirilir. Bu il təkcə Biləsuvarda yonca sahəsi 10 min hektara yaxın artırılıb. Bu baxımdan bir çox rayonda toxumçuluq təsərrüfatlarında toxumluq yonca istehsalına ciddi zərurət yaranıb.AZƏRTAC xəbər verir ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlığın inkişafının mühüm rolu var. Bunun üçün müasir yem bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən əvəzsiz yem bitkisi olan yoncanın “AZNİXİ-5”, “262”, “Abşeron”, “Aran”, “Agstafa-1” sortları rayonlaşdırılıb.