DÜNYA


ABŞ-ın qərbində davam edən yanğınlar 3,4 milyon akr torpağı külə döndərib

Sentyabrın 9-na olan məlumata görə ABŞ-ın qərb ştatlarında 100-ə yaxın yanğın davam edir. Yüzlərlə ev dağılıb, yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi üzrə işlər başlanıb.Oreqon ştatının qubernatoru Keyt Braun sentyabrın 9-da keçirilən mətbuat konfransında bildirib ki, Detroyt, Blyu River, Vida Feniks və Talent şəhərləri ciddi dağıntıya məruz qalıb, yüzlərlə ev yararsız vəziyyətə düşüb, 300 min akrdan çox torpaq yanıb.Kaliforniya ştatının Meşə təsərrüfatı və yanğındanmüdafiə departamentinin məlumatına görə, hazırda 28 meşə yanğını davam edir, 2,5 milyon akrdan çox torpaq yanıb, 8 nəfər həlak olub, 3.700 bina dağılıb.