DÜNYA


Çində güclü partlayış nəticəsində yaralananlar olub

Çinin cənubundakı Quandon vilayətinin Cuhay şəhərində hotel yaxınlığında baş verən güclü partlayış nəticəsində 3 nəfər yaralanıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Qaz sızmasının səbəb olduğu partlayışdan sonra yanğın əmələ gəlib. Yaralılar xəstəxanalara yerləşdiriliblər. İlkin məlumata əsasən, dağıntılar altında qalan yoxdur.