MƏDƏNİYYƏT


ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Hər il Vaşinqtonda keçirilən “Dünya ətrafında səfirlik turu” tədbiri çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 10:00-da başlayan “Açıq qapı” saat 16:30-a kimi davam edib. Tədbir çərçivəsində mərkəzdə Azərbaycana məxsus xalçalar, mədəniyyət nümunələri sərgilənib, Azərbaycan mətbəxi, musiqisi təqdim olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi tədbirin təşkilinə dəstək verib.