İQTİSADİYYAT


Kürdəmirdə 3 kəndi birləşdirən yol yenidən qurulur

Başlanğıcını Bakı-Ələt-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 170-ci kilometrdən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minədək əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
18 kilometr uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyünün bərpası məqsədilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb.