CƏMİYYƏT


Azərbaycan gəncləri döyüşə ruh yüksəkliyi ilə yollanır

Bu gün yüzlərlə gənc Vətənə borcunu qaytarmaq üçün növbəyə düzülüb. İgid, mərd oğullarımız “Vətən məni çağırır!” deyib cəbhəyə yollanırlar. Ümid edirik ki, onların hər biri sağ-salamat Vətənin keşiyində duraraq, torpaqlarımızı düşmən taptağından azad edəcək, Şanlı Bayrağımızı azad olunmuş torpaqlarımızda dalğalandıracaqlar.