CƏMİYYƏT


Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub. Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər. Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az portalında və ya “ASAN ödəniş” mobil tətbiqində “Yardım Fondu” bölməsinə daxil olaraq “Silahlı Qüvvələrə Yardım Fondu” düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu 17 avqust 2002-ci il tarixində Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanı ilə yaradılıb.