CƏMİYYƏT


Azərbaycanda yaşayan icmalar ölkəmizin haqlı mövqeyini müdafiə edirlər

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda yaşayan icmaların rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Indian Assossieyşn Azərbaycan” İctimai Birliyinin, Azərbaycanın Gürcü İcmasının, Azərbaycanın Ukrayna Konqresinin, Azərbaycanın Rus İcmasının, “Poloniya - Azərbaycan Polşa İcması” İctimai Birliyinin, Pakistan diasporunun, Azərbaycanda yaşayan Axısqa türklərinin, Dünya Axısqa Türkləri Birliyinin, Alman-Azərbaycan Cəmiyyətinin, “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi Humanitar Təşkilatının, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin nümayəndələri iştirak ediblər.