İQTİSADİYYAT


VAZ dairəsindən Sumqayıta qədər olan yol təmir edilir

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib. Ölkə başçısının sərəncamına əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-30-cü km-lik hissəsində aparılan təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yeni yol əsası inşa edilir. Yeni yol əsasının inşasının aparıldığı ərazilərə hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.