CƏMİYYƏT


Latviyada Azərbaycan Ordusuna dəstək mitinqi təşkil olunub

Riqa şəhərində Ermənistan ordusunun növbəti təxribatlarına qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına dəstək məqsədilə yürüş keçirilib.AZƏRTAC xəbər verir ki “Səssiz yürüş” Riqa Texniki Universitetinin 3-cü kurs tələbəsi Samir Əzizovun təşəbbüsü ilə reallaşıb. Yürüşdə Riqada təhsil alan tələbələr və Azərbaycan diasporunun üzvləri fəal iştirak ediblər.